"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində APOEL-lə keçirəcəyi oyunun bilet satışı davam edir. Qarşılaşmaya maraq kifayət qədər böyükdü. Biletlər cəmi 2 gündü satışa çıxarılmasına baxmayaraq, artıq 8000-i satılıb.

"Qarabağ"ın çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində APOEL-lə keçirəcəyi oyunun bilet satışı davam edir. Matc.az saytının klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, qarşılaşmaya maraq kifayət qədər böyükdü.

Belə ki, biletlər cəmi 2 gündü satışa çıxarılmasına baxmayaraq, artıq 8000-i satılıb.

Azarkeşlər sektorlar üzrə 2, 5, 10 və 50 manat təşkil edən biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, Gənclik və 28 Mall (iticket satış məntəqəsi), Park Bulvar AVM (iticket satış məntəqəsi), ASAN 2, 3 (Yasamal, Amay t/m) və İticket.az-dan (onlayn) əldə edə bilərlər.

Qeyd edək ki, qarşılaşma avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Kiprdəki ilk matçda təmsilçimiz 2:1 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest