Futbol üzrə UEFA çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində "Qarabağ"ın rəqibi olan Kiprin APOEL klubu bu gecə Bakıya gəlir. Matc.az xəbər verir ki, Nikosiya təmsilçisini çarter reysi ilə gətirəcək təyyarənin gecə saat 2-də Bakıya enməsi gözlənilir.
 
Sabah saat 19:00-da APOEL-in matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqi nəzərdə tutulub.
 
Xatırladaq ki, APOEL "Qarabağ"la öz meydanındakı ilk oyundan 1:2 hesablı məğlubiyyətlə üzləşib. Bu komandaların Bakıdakı cavab görüşünə avqustun 13-də, saat 20:30-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest