Komandanın son məşqində zədələnən Vuros, 4 həftə yaşıl meydanlardan uzaq qalacaq. 24 yaşlı oyunçu APOEL-in "Qarabağ"la cavab oyununda iştirak etməyəcək.

"Qarabağ"ın UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi olan Kiprin APOEL klubu ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Nikosiya təmsilçisinin müdafiəçisi Praksitelis Vuros zədələnib. Bu barədə APOEL-in rəsmi saytı məlumat yayıb.
 
Komandanın son məşqində zədələnən Vuros, 4 həftə yaşıl meydanlardan uzaq qalacaq. 24 yaşlı oyunçu APOEL-in "Qarabağ"la cavab oyununda iştirak etməyəcək.
 
Avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – APOEL matçına saat 20:30-da start veriləcək. Komandalar arasındakı ilk matç Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest