Futbol üzrə Moldova çempionatında 17-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda lider “Şerif”lə qarşılaşıb. Futbolçumuzun komandası Tiraspol təmsilçisi ilə oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
 
Nurlan da bu oyunun iştirakçısı olub. Azərbaycanlı futbolçu start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 52-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
“Dinamo-Avto” 17 oyuna topladığı 21 xalla 8 komanda arasında 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest