Tanınmış niderlandlı cinah müdafiəçisi Tayrell Malasiya karyerasını MLS təmsilçisi "Sinsinnati" klubunda davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə Amerika klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, müqavilə 1 illik – 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Sazişdə müqavilə müddətini daha 1 il uzatmaq variantı da var.
Malasiya "Sinsinnati"yə azad agent statusu ilə keçib. 27 yaşlı niderlandlı futbolçu ötən mövsümün sonunda "Mançester Yunayted"dən ayrılıb.
Müdafiəçi 2022-ci ilin yayından bəri "qırmızı şeytanlar"ın şərəfini qoruyurdu. O, bütün turnirlərdə ümumilikdə 50 matçda meydana çıxıb və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Tayrell 2024/25 mövsümünün ikinci yarısını icarə əsasında PSV-də keçirib.
Karyerasına "Feyenoord"da başlayan cinah oyunçusu 2021–2023-cü illərdə Niderland millisinin heyətində 9 oyunda şans qazanıb və 2 qolun ötürməsini verib.













