"çox vacib oyuna çıxırıq, həddindən artıq diqqətli olmalıyıq. Futbolçularımıza meydandan daha çox düşünmək lazım olacaq. Onlara lazımı məlumatı vermişik". Matc.az saytının məlumatına görə, bunları "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprin APOEL komandasına qarşı Bakıda keçirəcəkləri UEFA çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu haqda danışarkən deyib.
 
47 yaşlı mütəxəssis "Azərsun Arena"da baş tutan mətbuat konfransında bildirib ki, yaxşı oyunla müsbət nəticə qazanmaq istəyirilər: "İlk görüşdən sonra rəqibin baş məşqçisi dəyişib. Onun işi barədə futbolçulara danışmışıq. Baş məşqçi dəyişikliyi olanda narahatlıq da olur. İndi tam fərqli formada hazırlaşmalıyıq. Bu, ilk hal deyil, bu cür şeylər olur. Baş məşqçi üzərində hər zaman məsuliyyət olur. çünki nəticə ondan soruşulur. Məsuliyyət bizim üçün daha çoxdur. İnanmıram ki, yeni baş məşqçidən mərhələ keçməyi tələb edələr. Yəqin ki, ondan daha çox gələcəyin komandasını qurmasını istəyərlər".
 
Qurbanovun sözlərinə görə, heyətlə bağlı ciddi problemlərinin olmadığını vurğulayıb: "Ola bilər ki, rəqibdə sistem dəyişikliyi olsun. Komandaya yeni baş məşqçi gələndə adətən ilk matça fərqli əhval-ruhiyyədə olurlar, özlərini göstərməyə çalışırılar. Düşünürəm ki, dərinə getməməliyik, daha çox öz oyunumuzu düşünməliyik. Təcrübə göstərir ki, 2:1 və 3:1 kimi hesablar komandanı arxayınlaşdırmır. Əlbəttə, ilk matçda 2:0 hesabı ilə qalib gəlsəydik, daha yaxşı olardı. Amma bəzən buraxılan qol komandaya fayda verir. Start heyəti ilə bağlı səhər məşqindən sonra qərar verəcəyik. Maqaye Qeyenin "11-lik"də yer alacağını düşnmürəm, amma meydana çıxa bilər".
 
Baş məşqçi Mahir Emrelinin xarici klublardan təklif alması ilə bağlı suala belə cavab verib: "Mahir get-gedə böyüməyə başlayır, daha da inkişaf etmək istəyir. Sabahkı oyunda daha aktiv olmalıdır".
 
Qeyd edək ki, "Qarabağ" ötən həftə Nikosiyada keçirilən ilk oyunda 2:1 hesabı ilə qalib gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq cavab matçı saat 20:30-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest