Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün "Qarabağ"ın qonağı olacaq APOEL Bakıda dəstəksiz qalmayacaq. Bu ölkədən paytaxtımıza gələn fanatlar var. Qarşılaşmada təkcə kiprlilər yox, iordaniyalılar da APOEL-i dəstəkləyəcək.

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün "Qarabağ"ın qonağı olacaq APOEL Bakıda dəstəksiz qalmayacaq. Matc.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, bu ölkədən paytaxtımıza gələn fanatlar var.

Diqqətçəkən məqam isə Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmada təkcə kiprlilər yox, iordaniyalılar da APOEL-i dəstəkləyəcək. Məsələ burasındadı ki, Nikosiya təmsilçisinin iordaniyalı vingeri Musa əl-Taamari həmvətənləri üçün bilet təşkil edib.

Kipr mətbuatına paytaxtımızda ən böyük sürpriz isə Bakı küçələrindəki tıxacdı. Həmkarlarımız nəqliyyatın sıxlığından nə qədər narazıdılarsa, "Tarqovı" adlanan ərazidəki istirahətin keyfiyyətindən razı qalıblar.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - APOEL matçı saat 20:30-da başlayacaq. Kiprdəki ilk qarşılaşmada təmsilçimiz 2:1 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest