"Barselona"nın bu yay transfer etdiyi Neto əməliyyat olunub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, məşqlərin birində əlindən xəsarət alan braziliyalı qolkiper cərrah bıçağı altına uzanıb.

Klub əməliyyatın uğurlu keçdiyini bəyan edib. Lakin 30 yaşlı qapıçı bir müddət komandadan ayrı düşəcək. Həkimlər onun 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.

Qeyd edək ki, Neto "Barselona"ya bu ilin yayında "Valensiya"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest