Kiprli jurnalistlər APOEL-in “Qarabağ”dan UEFA-ya şikayət edəcəyini də yazıblar. Belə ki, siyasi məsələlərlə əlaqədar onlar Şimali Kipr Türk Respublikasının arenaya keçirilməsini təxribat adlandırıblar və “Qarabağ”ın buna görə cəzalanmasını istəyirlər.

Kiprin APOEL klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”ı Bakıda 2:0 hesabı ilə məğlub etməklə pley-offa vəsiqə qazandı. Matc.az saytının məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunda azarkeşlərin Azərbaycanla yanaşı Türkiyə və Şimali Kipr Türk Respublikasının bayraqlarını asması, Kipr mətbuatında hiddətlə qarşılanıb.

Kiprli jurnalistlər APOEL-in “Qarabağ”dan UEFA-ya şikayət edəcəyini də yazıblar. Belə ki, siyasi məsələlərlə əlaqədar onlar Şimali Kipr Türk Respublikasının arenaya keçirilməsini təxribat adlandırıblar və “Qarabağ”ın buna görə cəzalanmasını istəyirlər.

Qeyd edək ki, "Qarabağ"ın Nikosiyada 2:1 hesabı ilə qələbə qazandığı oyunda yerli azarkeşlər meydana erməni bayrağı gətirmişdilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest