"Tottenhem"in futbolçuları yığma komandaların matçları ilə əlaqədar yaranan beynəlxalq fasilə zamanı bütöv bir həftəlik istirahət əldə ediblər.
Matc.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
Bildirilir ki, bu cür gözlənilməz qərar komandanın yeni 2026/27 mövsümünün əvvəlindəki uğursuz çıxışları fonunda qəbul edilib. 5 turdan sonra "Tottenhem" Premyer Liqanın turnir cədvəlinin sonuncu - 20-ci pilləsində qərarlaşıblar və cəmi 2 xalları var. Son oyunda italyan məşqçinin yetirmələri çempionatın 5-ci turunda "Aston Villa"ya uduzublar (2:3).
Bundan əlavə, Roberto De Dzerbinin komandası İngiltərə Liqa Kubokunun üçüncü mərhələsində "Liverpul"a məğlub olaraq (1:3) artıq turniri tərk edib.
İtalyan mütəxəssis kollektivin bərbad fiziki forması barədə şikayətlərindən sonra komandaya bu qədər uzunmüddətli istirahət vermək qərarına gəlib.
Qeyd edək ki, fasilədən sonra "Tottenhem"in səfərdə "Mançester Yunayted"ə qarşı oynayacaq.













