"Qalatasaray"ın sabiq hücumçusu Mauro İkardi Londonun "Tottenhem" klubunun heyətində yer ala bilər.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" nəşri məlumat yayıb.
Bildirilir ki, ingilis klubunun baş məşqçisi Roberto De Dzerbi ehtiyat qüvvəni gücləndirmək üçün hücumçunun namizədliyini nəzərdən keçirir. Lakin "Tottenhem" rəhbərliyi futbolçunun əvvəllər heç vaxt oynamadığı İngiltərə çempionatına uyğunlaşa bilməyəcəyini əsas gətirərək bu transferə qarşı çıxır.
"Tottenhem" 5 turun nəticələrinə görə Premyer Liqanın turnir cədvəlində sonuncu – 20-ci pillədə qərarlaşıb. Komanda qələbə qazana bilməyib və aktivində 2 xalı var.
Qeyd edək ki, 33 yaşlı argentinalı hücumçu İstanbul komandasından ayrıldıqdan sonra azad agent statusundadır. İkardi 2023-cü ildən "Qalatasaray"ın şərəfini qoruyub, bu müddət ərzində 4 dəfə Türkiyə çempionu olub, həmçinin ölkə kubokunu və Superkubokunu qazanıb.













