Kipr millisinin üzvü öz meydanlarındakı 1:2 hesablı məğlubiyyətə baxmayaraq, Bakıya qələbəyə inanaraq gəldiklərini vurğulayıb: "İstər futbolçular, istərsə də rəhbərlik olsun, hamımız növbəti mərhələyə yüksələcəyimizə inanırdıq".

"Bugünkü kimi, növbəti mərhələ matçlarından da zövq alacağıq". Matc.az saytının məlumatına görə, bunu APOEL-in müdafiəçisi Nikolas Yannu deyib.

24 yaşlı futbolçu Kipr mətbuatına açıqlamasında çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" üzərində qazanılan qələbə (2:0) barədə fikirlərini bölüşüb.

Kipr millisinin üzvü öz meydanlarındakı 1:2 hesablı məğlubiyyətə baxmayaraq, Bakıya qələbəyə inanaraq gəldiklərini vurğulayıb: "İstər futbolçular, istərsə də rəhbərlik olsun, hamımız növbəti mərhələyə yüksələcəyimizə inanırdıq. Həmçinin bununla bizə qarşı isti münasibət yaranacağını bilirdik. Bu qələbə bizim üçün çox şirin oldu, hər kəsi təbrik edirəm".

Qeyd edək ki, APOEL pley-off mərhələsində "Ayaks"la qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest