"Real"ın yayda "Ayntraxt"dan transfer etdiyi Luka Yoviç komandanı tərk edə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "kral klubu"nun baş məşqçisi Zinəddin Zidan serbiyalı forvardın hazırkı durumundan razı deyil.

Bu üzdən fransalı mütəxəssis 22 yaşlı oyunçunun başqa kluba icarəyə verilməsinin tərəfdarıdı. Lakin Yoviç "Real"da qalmaq və əsas heyət uğrunda mübarizə aparmaq niyyətindədi.

Qeyd edək ki, "Real" Yoviçi 60 milyon avroya transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest