"Mançester Yunayted" 27 yaşlı Konnor Kinqin qapıçılar üzrə məşqçi köməkçisi vəzifəsinə təyin olunduğunu elan edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, mütəxəssis 2018-ci ildən bəri çalışdığı "Börnji"dən ayrılaraq "qırmızı şeytanlar"a qoşulub. Bundan əvvəl o, "Börnji" akademiyasını bitirib və İngiltərənin U-16 millisində çıxış edib, lakin peşəkar karyerası uğurlu alınmayıb.
Mançesterdə o, əsas komandanın qapıçılar üzrə baş məşqçisi Kreyq Mosonun rəhbərliyi altında fəaliyyət göstərəcək.
Qeyd edək ki, "Mançester Yunayted" mövsümə uyğursuz başlanğıc edib. Komanda Premyer Liqanın ilk beş turunda cəmi 5 xal toplayıb və hazırda turnir cədvəlində 12-ci yerdə qərarlaşıb. Həmçinin "şeytanlar" Liqa Kubokunda "Brayton"a uduzaraq (2:3) mübarizəni dayandırıblar.

_1790281476.jpg)











