Portuqaliyalı hücumçu Kriştiano Ronaldo karyerasını başa vurmazdan əvvəl reallaşdırmaq istədiyi hədəflərini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.

Bildirilir ki, ulduz futbolçu həm Millətlər Liqasını qazanmaq, həm də 1000 qol həddinə çatmaq istədiyini qeyd edib:

"Millətlər Liqasını qazanmaq, yoxsa 1000 qol vurmaq? Hər ikisi. 1000 qol və milli komanda. Millətlər Liqasını qazanmağa çalışmaq. Bu, yeni eradır. Fürsətdən istifadə edib baş məşqçi Roberto Martinesi gördüyü möhtəşəm işə görə təbrik etmək istəyirəm. Onun başqa millətdən olmasını və ona qarşı daimi hücumları nəzərə alsaq, bu, çox çətin idi.

Məşqçi Jorje Jesus ilə yeni era başladı. Onun möhtəşəm iş ortaya qoyacağına əminəm. Jorje Jesus ideal seçimdir. Fərqli taktika, fərqli dil. Hər şeyin ən yaxşı şəkildə olmasını arzulayıram. Hamımız inamla doluyuq".

Xatırladaq ki, Ronaldo 72 yaşlı mütəxəssisin Millətlər Liqasının 2026/27 mövsümünün start oyunları üçün çağırdığı 25 oyunçudan ibarət siyahıya düşüb.

Qarşıda Portuqaliyanı 4 oyun gözləyir: Uels (24 sentyabr), Norveç (27 sentyabr), Danimarka (1 oktyabr) və norveçlilərlə ikinci matç (4 oktyabr).

41 yaşlı Ronaldonun milli komandada keçirdiyi 233 oyunda 146 qolu və 45 məhsuldar ötürməsi var. Portuqaliya yığması iki dəfə Millətlər Liqasının qalibi olub. 2019-cu ildə Portuqaliya finalda Niderlandı minimum hesabla (1:0), 2025-ci ildə isə İspaniyanı penaltilər seriyasında 5:3 hesabı ilə (əsas və əlavə vaxtda 2:2) məğlub edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest