"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirəcəyi ev oyunları zamanı azarkeşlərin arenaya rahat gəliş-gedişini təmin etmək üçün xüsusi nəqliyyat planı hazırlanıb.

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirəcəyi ev oyunları zamanı azarkeşlərin arenaya rahat gəliş-gedişini təmin etmək üçün xüsusi nəqliyyat planı hazırlanıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, oyundan əvvəl xüsusi avtobuslar "Qara Qarayev" metrostansiyası – Bakı Olimpiya Stadionu və "Gənclik" metrostansiyası – Bakı Olimpiya Stadionu istiqamətlərində hərəkət edəcək.

Bakı metropoliteni matç günü azarkeş sıxlığını nəzərə alaraq xüsusi iş rejimində fəaliyyət göstərəcək. Stadiona oyunun başlamasına 3 saat qalmış gəlmək tövsiyə olunur. Azarkeşlərin erkən gələrək Fan Zonaya qoşulması və matçöncəsi musiqili, əyləncəli atmosferi yaşaması xahiş edilir.

Qarşılaşma başa çatdıqdan sonra isə azarkeşlərin daşınması üçün xüsusi avtobuslar "Qara Qarayev" metrostansiyası, "Gənclik" metrostansiyası və Binə qəsəbəsi istiqamətlərinə xidmət göstərəcək.

Qeyd edək ki, Liqa mərhələsində mübarizə aparan paytaxt təmsilçisi Bakı Olimpiya Stadionunda dörd ev oyunu keçirəcək. Komandamız oktyabrın 13-də Çexiyanın "Slaviya", oktyabrın 20-də Almaniyanın "Borussiya" (Dortmund), noyabrın 25-də İspaniyanın "Barselona" və 2027-ci il yanvarın 20-də İtaliyanın "Napoli" klubunu qəbul edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest