Bu gün Azərbaycanın milli komandası yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

Matc.az xəbər verir ki, yığmamız Tacikistan seçməsi ilə qarşılaşacaq.

8-ci km qəsəbə stadionunda keçiriləcək qarşılaşmanı Moldovadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Roman Jitar olacaq. Ona həmyerliləri Vlad Lifçiu və Vadim Vikol kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamranbəy Rəhimov yerinə yetirəcək. Matçın VAR hakimi Abduraşıd Xudoyberganov (Özbəkistan), AVAR hakimi isə Kamran Bayramov olacaq.

Yoldaşlıq oyunu
23 sentyabr

20:00. Azərbaycan – Tacikistan
Baş hakim: Roman Jitar (Moldova)
Baş hakimin köməkçiləri: Vlad Lifçiu, Vadim Vikol (Moldova)
Dördüncü hakim: Kamranbəy Rəhimov (Azərbaycan)
VAR: Abduraşıd Xudoyberganov (Özbəkistan)
AVAR: Kamran Bayramov (Azərbaycan)
8-ci km qəsəbə stadionu

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest