"Tottenhem"in və İspaniya millisinin müdafiəçisi Pedro Porro zədə səbəbindən təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacaq.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Bildirilir ki, İspaniya yığmasının düşərgəsində olan Porronun budunun arxa əzələsində zədə aşkarlanıb. 27 yaşlı ispan futbolçu bu zədəni hələ sentyabrın 19-da "Aston Villa"ya qarşı keçirilən matçda alıb.
İspaniya millisinin heyətində Porronu "Sportinq"dən İvan Fresneda əvəzləyib.
İspaniyalı müdafiəçi Premyer Liqada "Mançester Yunayted"lə (10 oktyabr) oyunda "Tottenhem"ə kömək edə bilməyəcək və böyük ehtimalla "Koventri" ilə (19 oktyabr) qarşılaşmanı da buraxmalı olacaq.
Porronun meydana qayıdışı oktyabrın 24-də "Çelsi" ilə keçiriləcək oyunda gözlənilir.













