Bu gün Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün ilk turu çərçivəsində daha bir oyun keçiriləcək. Matc.az xəbər verir ki, "Qəbələ"  öz meydanında "Sumqayıt"la qarşılaşacaq.

Maraqlıdı ki, komandalar daxili yarışlarda ardıcıl 3-cü oyununu bir-birinə qarşı keçirəcək. ötən mövsümün son turunda üz-üzə gələn rəqiblər ardınca Azərbaycan kubokunun finalında da görüşüb. Həmin qarşılaşmaların hər ikisində 1:0 hesabı qeydə alınıb. Premyer Liqa matçında sumqayıtlılar, kubokda "Qəbələ" qələbə qazanıb.

ümumilikdə iki komanda indiyədək 29 dəfə üz-üzə gəlib. Əvvəlki 29 matçda "qırmızı-qaralar" böyük üstünlüyə malikdir. Hesabında 18 qələbə olan komandamız 8 heç-heçə edib və yalnız 3 dəfə məğlubiyyətlə üzləşib. Rəqib qapısından 48 top keçirən futbolçularımız Qəbələ şəhər stadionunda bu rəqəmi 50-yə çatdıra bilər. Rəqib isə 21 dəfə fərqlənib. "Sumqayıt"la görüşlərin ən yaxşı bombardiri Viktor Mendi rəqib qapısına 7 qol vurub.

Bu görüşlərdən 28-i çempionat, 1-i kuboka təsadüf edib. Premyer Liqada 17 qələbəsi olan "qırmızı-qaralar" 8 heç-heçə edib və 3 dəfə uduzub. Rəqib qapısından 47 top keçirən komandamız 21 qol buraxıb.

15-ci dəfə "Sumqayıt"ı qonaq edəcək "Qəbələ" öz meydanında uduzmayıb. Əvvəlki 14 oyunun hamısında qol sevinci yaşayan futbolçularımız 11 qələbə qazanıb, 3 heç-heçə etdiyi görüşlərin top fərqində də öndədir – 26:7.

"Qəbələ" - "Sumqayıt": Bütün oyunlar

2011/12 mövsümü

 14.08.2011. Premyer Liqa. Sumqayıt Şəhər - Qəbələ - 1:2

Orxan Əliyev, 90+3 - Dodo, 5, Daniel Lopes Kruz, 41

04.12.2011. Premyer Liqa. Qəbələ - Sumqayıt Şəhər - 3:1

Serj Cehua, 37, Dodo, 70, Viktor Mendi, 86 - Samir Abasov, 39

2012/13 mövsümü

26.08.2012. Premyer Liqa. Qəbələ - Sumqayıt - 4:1

Bruno da Silva, 33, Umar Kalabane, 53, 71, Rəşad Abdullayev, 55 - Ruslan Qurbanov, 18

8.12.2012. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:1

Viktor Mendi, 39

2013/14 mövsümü

19.08.2013. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:1

Vüqar Əsgərov,4, Ruslan Qurbanov, 62-p. - Yannik Kamanan, 12

25.10.2013. Premyer Liqa. Qəbələ - Sumqayıt - 2:0

Daniel Subotiç, 24, Dodo, 63

02.02.2014. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:3

Viktor Mendi, 3, Lorenzo Ebesilio, 55, Leonardo da Silva, 57

17.05.2014. Premyer Liqa. Qəbələ - Sumqayıt - 3:1

Viktor Mendi, 39, Lorenzo Ebesilio, 86, Abdulvahid Afolabi, 90+2 - Məhəmməd Qurbanov, 7

2014/15 mövsümü

24.10.2014. Premyer Liqa. Qəbələ - Sumqayıt - 3:1

Cavid Hüseynov, 77, Pavol Farkaş, 88, Ekiqo Ehiosun, 90+2 - Ramazan Abbasov, 40

18.12.2014. Premyer Liqa. Sumqayıt - Qəbələ - 1:1

Məhəmməd Qurbanov, 67 - Cavid Hüseynov, 86 (p.)

08.03.2015. Premyer Liqa. Qəbələ - Sumqayıt - 2:0

Viktor Mendi, 23, 34

08.05.2015. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:2

Aleksey Qay, 39, Viktor Mendi, 41

2015/16 mövsümü

21.09.2015. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:0

Aleksey Qay, 90+2 (p.)

21.11.2015. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:2

Uğur Pamuk, 29, Ağabala Ramazanov, 69 -  Cəmil Hacıyev, 40 (ö.q), Samir Zərgərov, 71

14.02.2016. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:0

Ermin Zets, 69

09.04.2016. Premyer Liqa. Sumqayıt - Qəbələ - 1:1

Aleksey Qay, 65 -  Pərdis Fərcad-Azad, 85 (p.)

2016/17 mövsümü

22.09.2016. Premyer Liqa. Qəbələ - Sumqayıt - 2:0

Baqali Dabo, 85; 90

25.10.2016. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:2

Yusif Nəbiyev, 47; Amil Yunanov, 90+4 (p.)  -  Rəşad Eyubov, 64; Filip Ozobiç, 73

28.01.2017. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:1

Vitali Vernidub, 58  -  Məhəmməd Qurbanov, 53 

29.04.2017. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:1

Amil Yunanov, 27; Mirabdulla Abbasov, 29  -  Asif Məmmədov, 40

2017/18 mövsümü

20.08.2017. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:0

Tellur Mütəllimov, 40

14.10.2017. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:1

Famoussa Kone, 29

02.04.2018. Premyer Liqa. Qəbələ – Sumqayıt – 1:1

Stiven Monroz, 55 - Nicat Qurbanov, 83

12.05.2018. Premyer Liqa. Sumqayıt – Qəbələ – 0:2

Baqali Dabo, 37; Cavid Hüseynov, 88 

2018/19 mövsümü

25.08.2018. Premyer Liqa. Qəbələ – Sumqayıt – 1:1

Təmkin Xəlilzadə, 43 (p.) - Yusif Nəbiyev, 90+3

27.10.2018. Premyer Liqa. Sumqayıt – Qəbələ – 2:2

Şəhriyar Əliyev, 7, 19 - Stiven Monroz, 42; Atakora Lalavele, 56 

03.02.2019. Premyer Liqa. Qəbələ – Sumqayıt – 1:0

Stiven Monroz, 84

11.05.2019. Premyer Liqa. Sumqayıt – Qəbələ – 1:0

ülvi İsgəndərov, 68

19.05.2019. Azərbaycan Kuboku. Qəbələ – Sumqayıt – 1:0

Stiven Monroz, 3

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest