"Proyssen Münster"in hücumçusu Rüfət Dadaşov yenidən Azərbaycan millisinə dəvət alıb. Bu barədə məlumatı Almaniya klubu rəsmi tvitter səhifəsi vasitəsilə yayıb. Forvard yığmamızın AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində qarşıdakı oyunlarında heyətdə yer alacaq.

"Proyssen Münster"in hücumçusu Rüfət Dadaşov yenidən Azərbaycan millisinə dəvət alıb. Matc.az saytı xəbər verir ki, bu barədə məlumatı Almaniya klubu rəsmi tvitter səhifəsi vasitəsilə yayıb.

Bildirilir ki, forvard yığmamızın AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində qarşıdakı oyunlarında heyətdə yer alacaq. 28 yaşlı forvard Uels və Xorvatiya ilə görüşlərdə baş məşqçinin ixtiyarında olacaq.

Qeyd edək ki, E qrupunda yer alan millimiz sentyabrın 6-da Uelsin qonağı olacaq, 3 gün sonra isə Xorvatiyanı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest