"Yuventus"un müdafiəçisi Daniele Ruqani "Barselona"ya keçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Turin klubu futbolçusunu ispanlara təklif edib.

Məsələ burasındadı ki, kataloniyalılar ötən il 25 yaşlı oyunçunu istəsə də, İtaliya çempionu keçidə razılıq verməmişdi. Ancaq "Yuve" Merih Demiral və Matteys de Liqtin transferindən sonra Ruqaninin "Barsa"ya keçməsinin tərəfdarıdı. İtalyanların idman direktoru Fabio Paratiçi danışıq aparmaq üçün Barselonaya yollanmağa hazırlaşır.

Qeyd edək ki, Ruqani ilə "Roma" və "Monako" da maraqlanır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest