"Barselona"nın yarımmüdafiəçisi Filipp Koutinyonun "Bavariya"ya keçidinin detalları açıqlanıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, braziliyalı oyunçu ilk olaraq cari mövsümü icarə əsasında Bundesliqa klubunda keçirəcək.

Bu isə ispanlara 20 milyon avro qazandıracaq. Klublar arasında razılığa əsasən, "Bavariya" onu gələn il birdəfəlik transfer etmək fikrinə düşsə, daha 120 milyon avro ödəməli olacaq. Belədə "Barsa" Braziliya millisinin üzvünün gedişindən 140 milyonluq gəlir götürəcək.

Qeyd edək ki, "Barselona" Filipp Koutinyoya görə "Liverpul"a 135 milyon avro ödəyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest