2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçu ilə anlaşıb. Matc.az klubun saytına istinadən xəbər verir ki, son mövsümü "Qəbələ"də keçirmiş İlqar Qurbanov "Gənclik şəhəri" təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. Qurbanov yeni komandasında "50" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Türkiyənin "Fənərbaxça" komandasının yetirməsi olan İlqar Qurbanov peşəkar karyerası ərzində "Qəbələ" ilə yanaşı (29 oyun) "Xəzər Lənkəran" (56 oyun, 6 qol), "Sivasspor" (11 oyun, 1 qol), "Boluspor" (19 oyun, 3 qol), "Olimpik Şüvəlan" (23 oyun, 2 qol), "Mersin İdman Yurdu" (7 oyun) və "Qarabağ"ın (109 oyun, 4 qol) uğurları üçün çalışıb. 2006-cı ildən Azərbaycan millisinin şərəfini qoruyan İlqar yığmanın heyətində 16 qarşılaşmada meydanda olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest