"Düşünürəm ki, "Ayaks" önündə də yaxşı işlər görə bilərik. Sadəcə, rəqibin tempinə uyğunlaşmaq lazımdı. Bunun üçün də çox vaxtımız oldu. Həyatda mümkünsüz heç nə yoxdu. Özümüzə inanmasaydıq, ilk oyunda uduzduğumuz "Qarabağ"ı səfərdə məğlub edib, bu mərhələyə keçməzdik"

"Hollandiya çempionatında çox təcrübəm var. Onlar Avropada fərqlidilər". Matc.az saytının məlumatına görə, bunu APOEL-in yarımmüdafiəçisi Uroş Matiç deyib.

çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ı üstələyən Kipr çempionu pley-offda "Ayaks"la qarşılaşacaq. Oyunöncəsi yerli mətbuata fikirlərini bildirən sabiq "Breda"lı Amsterdam klubunu da məğlub edəcəklərinə inanır.

Serbiyalı orta sahə oyunçusu "Qarabağ" üzərində qələbənin onlara əlavə motivasiya verdiyini söyləyib: "Futbolçu hər zaman uğur qazanmaq, irəli getmək istəyir. Düşünürəm ki, "Ayaks" önündə də yaxşı işlər görə bilərik. Sadəcə, rəqibin tempinə uyğunlaşmaq lazımdı. Bunun üçün də çox vaxtımız oldu. Həyatda mümkünsüz heç nə yoxdu. özümüzə inanmasaydıq, ilk oyunda uduzduğumuz "Qarabağ"ı səfərdə məğlub edib, bu mərhələyə keçməzdik. "Ayaks" ilk dəqiqələrdən oyuna diktə etməyə çalışacaq. Bəzi oyunçuları getsə də, yenə möhtəşəmdilər. Ancaq oyun başlayanda hesab 0:0 olur və biz 11 nəfərə qarşı mübarizə aparacağıq".

Qeyd edək ki, APOEL-lə "Ayaks" arasında ilk oyun bu gün Kiprdə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest