Futbol üzrə UEFA çempionlar Liqasında pley-off mərhələsinə start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. 

3-cü təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Kiprin APOEL klubu doğma azarkeşləri qarşısında Hollandiya "Ayaks"ını qəbul edib. Bu görüşdə qapılara qol vurulmayıb.

Rumıniyanın çFR-i "Slaviya"nı (çexiya), Avstriya LASK-ı isə Belçika "Brügge"sini qəbul edib. Bu oyunlarda isə qonaq komandalar minimal hesabla üstün olublar.

Pley-off mərhələsinin ilk oyunlarına sabah keçiriləcək 3 qarşılaşma ilə yekun vurulacaq.

UEFA çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunları

20 avqust

APOEL (Kipr) – Ayaks (Hollandiya) 0:0

çFR (Kluj, Rumıniya) – Slaviya (Praqa, çexiya) 0:1
Qol: Masopust, 28.

LASK (Avstriya) – Brügge (Belçika) 0:1
Qol: Vanaken, 10-pen.

21 avqust

23:00 Dinamo (Zaqreb, Xorvatiya) – Rusenborq (Norveç)
23:00 Olimpiakos (Yunanıstan) – Krasnodar (Rusiya)
23:00 Yanq Boyz (İsveçrə) – Srvena Zvezda (Serbiya)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest