Fransa millisinin sabiq futbolçusu Frank Riberinin yeni klubu müəyyənləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, veteran oyunçu "Fiorentina" ilə anlaşıb.

"Bavariya"dan ayrıldıqdan sonra azad agent statusu daşıyan yarımmüdafiəçi artıq bu gün Florensiyaya yollanacaq və yeni komandası ilə münasibətləri rəsmiləşdirəcək. 36 yaşlı futbolçunun A seriyası klubunda illik məvacibi 4 milyon avro olacaq.

Qeyd edək ki, Frank Riberi 2007-ci ildən bəri "Bavariya"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest