Türkiyə kubokunda 4-cü mərhələnin oyunları davam edir. Matç.az saytının məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Giresunspor" bu gün meydana çıxıb.

Giresun təmsilçisi "Gümüşhanəspor"la qarşılaşıb.  Komandalar hərəyə 2 dəfə fərqləniblər və 120 dəqiqədə bir-birilərinə üstünlük qura bilməyiblər. Penaltilər seriyasında bütün zərbələri dəqiq yerinə yetirən "Giresunspor" mərhələ adlamağı bacarıb.

Start heyətində meydana daxil olan Ozan hesab 2:2 olarkən, 69-cu dəqiqədə əvəzlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest