Futbol üzrə UEFA çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib. Matc.az xəbər verir ki, sonuncu oyun günündə də üç qarşılaşma baş tutub. 

çL-in 3-cü təsnifat mərhələsində "Portu"nu mübairəzədən kənarlaşdıran Rusiya "Krasnodar"ı Yunanıstanın "Olimpiakos" klubunun qonağı olub. Rusiya təmsilçisi bu oyunda darmadağınla üzləşib.

Xorvatiyanın "Dinamo" klubu Norveç "Rusenborq"unu qəbul edib. Qonaqlar Zaqrebdə 0:2 hesablı məğlubiyyətə üzülüblər.

İsveçrə "Yanq Boyz"u isə Serbiya "Srvena Zvezda"sı ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu qarşılaşmada qalib müəyyənləşməyib.

UEFA çempionlar Liqası
Pley-off mərhələsi

20 avqust

APOEL (Kipr) – Ayaks (Hollandiya) 0:0

çFR (Kluj, Rumıniya) – Slaviya (Praqa, çexiya) 0:1
Qol: Masopust, 28.

LASK (Avstriya) – Brügge (Belçika) 0:1
Qol: Vanaken, 10-pen.

21 avqust

Dinamo (Zaqreb, Xorvatiya) – Rusenborq (Norveç) 2:0
Qol: Petkoviç, 8-pen. Orsiç, 28.

Olimpiakos (Yunanıstan) – Krasnodar (Rusiya) 4:0
Qol: Gerrero, 30. Randeloviç, 78; 85. Podense, 89.

Yanq Boyz (İsveçrə) – Srvena Zvezda (Serbiya) 2:2
Qol: Assale, 7. Hoarau, 76-pen – Degenek, 18. M.Qarsiya, 46.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest