"Qarabağ" bu gün avrokuboklarda növbəti oyununa çıxıb. Matc.az saytının məlumatına görə, çempionlar Liqasında mübarizəni dayandıran Azərbaycan çempionu Avropa Liqasında qrupa düşməyi hədəfləyib.

Ağdam təmsilçisi pley-off mərhələsində Şimali İrlandiya klubu "Linfild"lə üz-üzə gəlib. İlk oyun Belfastda baş tutub. "Qarabağ" Şimali İrlandiya çempionu ilə duelin favoriti hesab edilirdi.

Amma Qurban Qurbanov bu gün bir neçə aparıcı oyunçusunun xidmətindən məhrum idi. Cəzalı Riçard Almeyda və Rahil Məmmədovla yanaşı, bir neçə futbolçu da zədədən əziyyət çəkirdi. Buna baxmayaraq, qrupa düşməyi hədəfləyən "Qarabağ" bunun üçün ilk növbədə səfərdən sərfəli nəticə ilə dönməliydi.

Qarşılaşmada hesabı da Azərbaycan çempionu açıb. Amma bundan sonra daha bir neçə qol şansı olsa da, boşa verən təmsilçimiz sonda gözlənilməz məğlubiyyətlə üzləşib. İlk yarının son 5 dəqiqəsində 2 qol vuraraq hesabda dönüş yaradan meydan sahibləri, fasilədən sonra daha bir qol vurmaqla qələbəyə seviniblər. "Qarabağ"ın gücü yalnız son dəqiqələrdə hesab arasındakı fərqi azaltmağa çatıb.

 

Avropa Liqası
Pley-off mərhələsi, ilk oyun
22 avqust

"Linfild" (Şimali İrlandiya) – "Qarabağ" (Azərbaycan) 3:2
Qol: M.Stafford, 40. Ş.Leyveri, 45+1; 75 - F.Rerras, 15. M.Qeye, 90+3-pen.

Belfast. "Vindzor Park" stadionu. 
Hakimlər: Sandro Şarer, Stefan de Almeyda, Bekim Zoqay, Fedayi San (hamısı İsveçrə).
Hakim-inspektor: Vlado Svilokos (Xorvatiya).
UEFA nümayəndəsi: Mikael Salzer (İsveç).

Linfild: 1. Roan Ferqyuson, 2. Mark Stafford, 6. Cimmi Kallaxer, 8. Bastyan Heri, 9. Coel Kuper, 14. Şeyn Leyveri, 16. Mettyu Klark, 22 Ceymi Malqryu (k), 27. Endryu Mitçell, 31. Nayall Kuinn, 47. Kris Keysment.
Ehtiyat oyunçular: 40. Aleks Mur, 3. Ross Larkin, 7. Endryu Uoteruort, 10. Cordan Stüart, 12. Kirk Millar, 17. Daniel Kirns, 23. Rayan Makqivern.
Baş məşqçi: David Hili.

Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 23. Faysal Rerras, 30. Abbas Hüseynov.
Ehtiyat oyunçular: Şahruddin Məhəmmədəliyev, 3. Aylton Silva, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacıyev, 99. Maqaye Qeye.
Baş məşqçi: Qurban Qurbanov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest