Azərbaycan Premyer Liqasının ilk turunda "Zirə" üzərində qələbə qazanan "Səbail" əvəzində bir futbolçusunu itirib. Müdafiəçi Eriko da Silva sıradan çıxıb. Tibbi müayinə zamanı zədənin ciddi olduğu aşkarlanıb.

Azərbaycan Premyer Liqasının ilk turunda "Zirə" üzərində qələbə qazanan "Səbail" əvəzində bir futbolçusunu itirib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi Eriko da Silva sıradan çıxıb.

"Səbail"in 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 43-cü dəqiqəsində zədələnən braziliyalı fasilə ərəfəsində əvəzlənməli olub. Tibbi müayinə zamanı zədənin ciddi olduğu aşkarlanıb. Da Silva təxminən 3 aydan 5 ayadək komandadan kənarda qalacaq. Bu isə o deməkdi ki, "sambaçı" üçün 2019-cu il bitib.

Qeyd edək ki, Eriko da Silva "Səbail"ə bu yay "Astra"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest