"Milan" müdafiəçisi İvan Striniçlə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bildirilir ki, tərəflər müqaviləyə qarşılıqlı razılıqla xitam verilməsini qərara alıb. Xotvatiyalı sol cinah oyunçusu artıq azad agent statusu daşıyır.

Qeyd edək ki, Striniç "Milan"la ötən il 2 illik müqavilə bağlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest