Futbol üzrə Portuqaliya çempionatında 3-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Pasuş de Ferreyra" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Boavişta" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
 
Renat da bu görüşün iştirakçısı olub. Əvvəlki iki turda forma şansı qazanmayan millimizin üzvü yeni komandasında debüt edib. O, start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib.
 
Qeyd edək ki, Renat bu yay İngiltərənin "Vulverhempton" klubuna transfer olunsa da, "Pasuş de Ferreyra"ya 1 illik icarəyə verilib. Futbolçumuzun komandası hazırda 1 xalla 18 kollektiv arasında sonuncudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest