Çempionlar Liqasında püşkatma mərasiminin vaxtı müəyyənləşib. UEFA rəsmi saytı vasitəsilə avqustun 29-da baş tutacaq tədbirin saatını açıqlayıb. Monakoda keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Çempionlar Liqasında püşkatma mərasiminin vaxtı müəyyənləşib. Matc.az saytının məlumatına görə, UEFA rəsmi saytı vasitəsilə avqustun 29-da baş tutacaq tədbirin saatını açıqlayıb.

Monakoda keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Ümumilikdə 8 qrup üzrə 32 komanda mübarizə aparacaq. Onlardan 26-sı artıq bəllidi.

Qrup mərhələsinin püşkatmasını gözləyən komandalar:

İspaniya: “Barselona”, “Real”, “Atletiko”, “Valensiya”

İngiltərə: “Liverpul”, “Çelsi”, “Mançester Siti”, “Tottenhem”

İtaliya: “Yuventus”, “Napoli”, “İnter”, “Atalanta”

Almaniya: “Bavariya”, “Borussiya” (Dortmund), “Bayer”, “Leypsiq”

Fransa: PSJ, “Lion”, “Lill”

Rusiya: “Zenit”, “Lokomotiv”

Portuqaliya: “Benfika”

Ukrayna: “Şaxtyor”

Belçika: “Genk”

Türkiyə: “Qalatasaray”

Avstriya: “Zalsburq”

 

Qeyd edək ki, qrup mərhələsinin ilk matçları 17-18 sentyarda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest