Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
 
Matc.az xəbər verir ki, qrup mərhələsində iştirak hüququ qazananlardan 26-sı öncədən bəlli idisə, onlara təsnifat mərhələsini uğurla adlayan 6 klub da qoşulub.
 
Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin püşkü bu gün atılacaq. Monakoda baş tutacaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq tədbirdə qitənin 32 ən güclü komandası 8 qrupa bölünəcək. 
 
Püşkdən öncə iştirakçılar 4 səbətə bölünüblər. Birinci səbətdə Çempionlar Liqası, Avropa Liqası və ən reytinqli 6 ölkənin çempionu yer alıb. Digər 24 klub reytinqinə görə sıralanıb. Türkiyə təmsilçisi “Qalatasaray” sonuncu “səkkizliy”ə daxil edilib.
 
1-ci səbət
“Liverpul” (İngiltərə)
“Çelsi” (İngiltərə)
“Barselona” (İspaniya)
“Mançester Siti” (İngiltərə)
“Yuventus” (İtaliya)
“Bavariya” (Almaniya)
PSJ (Fransa)
“Zenit” (Rusiya)
 
2-ci səbət
“Real” (İspaniya)
“Atletiko” (İspaniya)
“Borussiya” (Dortmund, Almaniya)
“Napoli” (İtaliya)
“Şaxtyor” (Ukrayna)
“Tottenhem” (İngiltərə)
“Ayaks” (Hollandiya)
“Benfika” (Portuqaliya)
 
3-cü səbət
“Olimpik” (Lion, Fransa)
“Bayer” (Almaniya)
“Zalsburq” (Avstriya)
“Olimpiakos” (Yunanıstan)
“Brügge” (Belçika)
“Valensiya” (İspaniya)
“İnter” (İtaliya)
“Dinamo” (Zaqreb, Xorvatiya)
 
4-cü səbət
“Lokomotiv” (Rusiya)
“Genk” (Belçika)
“Qalatasaray” (Türkiyə)
“Leypsiq” (Almaniya)
“Slaviya” (Çexiya)
“Srvena Zvezda” (Serbiya)
“Atalanta” (İtaliya)
“Lill” (Fransa)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest