Ukraynanın Kiyev şəhərində keçirilən beynəlxalq turnir davam edir. Viktor Bannikov turnirində iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün qrupda sonuncu oyununa çıxıb

Ukraynanın Kiyev şəhərində keçirilən beynəlxalq turnir davam edir. Matc.az saytının məlumatına görə, Viktor Bannikov turnirində iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün qrupda sonuncu oyununa çıxıb.

A qrupunda yer alan yığmamızın budəfəki rəqibi Latviya olub. İlk iki matçda İsrailə (0:6) və Ukraynaya (2:4) məğlub olan komandamız ilk qələbəsini qazanmaq niyyətindəydi. Amma Vüqar Məmmədin çalışdırdığı kollektiv bu görüşdən də məğlub ayrılıb. Futbolçularımız hətta rəqibin uzun müddət azlıqda oynamasından da yararlana bilməyiblər. Əksinə, latviyalılar matça əlavə olunmuş dəqiqədə daha bir qol vurmaqla inamlı qələbəyə seviniblər.

 

Viktor Bannikov turniri
29 avqust

Azərbaycan - Latviya 0:2

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest