Futbol üzrə UEFA çempionlar Liqasında 2019/20 mövsümünün qrup mərhələsinin oyunlarında istifadə olunacaq top təqdim olunub. Matc.az UEFA-nın saytına istinadən xəbər verir ki, "Adidas" şirkəti tərəfindən hazırlanan topdan yalnız qrup mərhələsinin oyunlarında istifadə olunacaq.
 
Qeyd edək ki, çL-də qrup mərhələsinin püşkü bu gün atılacaq. I dövrənin oyunları sentyabrın 17-18-də, oktyabrın 1-2-də və 22-23-də, II dövrənin görüşləri noyabrın 5-6-da, 26-27-də və dekabrın 10-11-də keçiriləcək. İlk iki yeri yeri tutacaq komandalar 1/8 finala, 3-cü yerlər Avropa Liqasına vəsiqə qazanacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest