Futbol üzrə UEFA çempionlar Liqasında 2018/19 mövsümünün ən sürətli oyunçusu açıqlanıb. Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu, "Liverpul"un futbolçusu Vircil van Daykdı. 
 
Hollandiyalı müdafiəçinin çL-in yarımfinalında "Barselona" ilə ilk matçda sürəti saatda 34.5 kilometr olub. "Mançester Siti"nin futbolçusu Leroy Sane (34.4) ikinci, "Mançester Siti"nin oyunçusu Kayl Uoker (34.2) üçüncü olub.
 
Qeyd edək ki, Vircil van Dayk Avropada 2019-cu ilin ən yaxşı futbolçusu seçilib. Onun komandası isə ötən mövsüm çL-in qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest