Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə "Keşlə" yoldaşlıq oyunu keçirəcək. Matc.az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.

Bildirilir ki, bakılılar sabah I divizion təmsilçisi "Qaradağ Lökbatan"la qarşılaşacaq. Bakı Olimpiya Stadionunun köməkçi meydançasında baş tutacaq görüş saat 16:30-da başlayacaq.

Qeyd edək ki, "Keşlə" Premyer Liqanın ilk 3 turunda 6 xal toplayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest