"Opta" superkompüteri La Liqanın favoritlərinin yenilənmiş reytinqini tərtib edib.

Matc.az xəbər verir ki, "Opta" turnirin baş mükafatına əsas namizəd kimi "Barselona"nı görür.

Kataloniyalılar mövsümə start veriləndən bəri keçirdikləri 6 oyunun hamısında qələbə qazanaraq 28:6 top fərqi ilə turnir cədvəlinə başçılıq edirlər. "Göy-qırmızılılar"ın çempionluq ehtimalı mövsümün əvvəli ilə müqayisədə 45,6 faizdən 67 faizə yüksəlib.

Bunun fonunda "Real"ın titul qazanmaq şansı 31 faizdən 26,7 faizə, "Atletiko"nun şansları isə 8,6 faizdən 3,1 faizə geriləyib.

Favoritlər siyahısında növbəti pillədə "Betis" (2,9 faiz) qərarlaşıb. Digər komandaların çempionluq ehtimalı isə superkompüterin versiyasına görə 1 faizdən az qiymətləndirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest