AFFA tərəfindən regionlarda məşqçilik təhsili imkanlarının genişləndirilməsi məqsədilə Gəncə şəhərində UEFA "C" kateqoriyalı məşqçilik kursu təşkil olunacaq.
AFFA tərəfindən regionlarda məşqçilik təhsili imkanlarının genişləndirilməsi məqsədilə Gəncə şəhərində UEFA "C" kateqoriyalı məşqçilik kursu təşkil olunacaq.
Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, kursa Gəncə və Naftalan şəhərlərində, həmçinin Daşkəsən, Goranboy, Göygöl, Samux, Şəmkir, Gədəbəy və Tərtər rayonlarında fəaliyyət göstərən və məşqçilik təhsili almaq istəyən şəxslər müraciət edə bilərlər.
Təlimlər "Kəpəz" klubunun fəaliyyət göstərdiyi infrastruktur bazasında keçiriləcək. Kurs cari ilin noyabr ayından başlayaraq 3 ay müddətində təşkil ediləcək. Dəqiq təlim tarixləri seçilmiş namizədlərə ayrıca bildiriləcək.
Kursda iştirak etmək istəyən şəxslər qeydiyyatdan keçərək müraciət edə bilərlər. Namizədlərin müraciətləri qeydiyyat zamanı təqdim olunan məlumatlar əsasında qiymətləndiriləcək. Ərizə mərhələsindən uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar. Müraciət üçün son tarix oktyabrın 10-dur.


_1789745813.jpg)





_1789735631.jpg)



_1789731172.jpg)
