"Barselona" rəhbərliyi İspaniya çempionatının VI turunda "Rasinq"inə qarşı keçirilən oyundan (7:2) əvvəl Seuta sakinlərinə dəstək aksiyasında iştirak etmək barədə tərəddüd edib. Lakin klubda mənşəcə mərakeşli olan 19 yaşlı hücumçu Lamin Yamalın Seutaya dəstək məqsədilə hazırlanan xüsusi formanı geyinmək niyyətində olmadığını öyrəndikdə, "göy-qırmızılılar" aksiyada iştirak etməmək barədə qəti qərar qəbul ediblər.
Matc.az xəbər verir ki, bu barədə "Le360 Sport" nəşri məlumat yayıb.
Bildirilir ki, "Barselona" Yamalın sosial şəbəkələrdə irqi zəmində təhqirlərə məruz qalmasından qaçmaq istəyib. Kataloniya klubunun rəhbərliyi həmçinin "yeni bir polemikaya səbəb ola biləcək qərarın məsuliyyətini gənc vunderkindin təkbaşına daşımasına imkan verməməyi" hədəfləyib.
Qeyd edək ki, 2026-cı il iyulun sonunda Mərakeşdən təxminən 70-80 min miqrant rezin dairələr və qayıqlarla sərhədi keçərək kütləvi şəkildə Seutaya köçüb ki, bu da İspaniyada son illərin ən böyük sərhəd böhranına səbəb olub.













