"Əl-Nəsr"in hücumçusu, beşqat "Qızıl top" mükafatçısı Kriştiano Ronaldo Portuqaliya milli komandasına çağırılıb.

Matc.az xəbər verir ki, bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, ulduz futbolçu yığmanın Millətlər Liqasındakı növbəti oyunlarında iştirak edəcək. Portuqaliya seçməsi doğma meydanda Uels (24 sentyabr) və Norveç (4 oktyabr) komandaları ilə qarşılaşacaq. Portuqaliyalılar səfərdə isə Norveç (27 sentyabr) və Danimarka (1 oktyabr) yığmaları ilə üz-üzə gələcəklər.

Ronaldonun 41 yaşı var. O, beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu və ikiqat Millətlər Liqasının çempionudur. Portuqaliyalı hücumçu milli komandalar tarixində, Avropa çempionatlarında, Çempionlar Liasında və klublararası dünya çempionatlarında ən çox qol vuran futbolçu rekorduna sahibdir.

2022-ci ilin dekabrından "Əl-Nəsr"də çıxış edən hücumçu, karyerası ərzində Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İtaliyanın "Yuventus" və İspaniyanın "Real" klublarında da forma geyinib.

Ronaldo Portuqaliya millisinin heyətində 233 matç keçirib və 146 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest