"Real"ın hücumçusu Kilian Mbappe Madrid klubuna hansı futbolçuları transfer etmək istədiyini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Bildirilir ki, fransalı ulduz Madrid təmsilçisinin əfsanələrini komandada görmək istədiyini bildirib:
"Əgər geri qayıda bilsəydilər, Kriştiano Ronaldo, Zidan və ya Ronaldonu komandaya cəlb edərdim. Kriştiano hələ də qayıda bilər. Zizu hələ də zaman-zaman futbol oynayır. Ronaldonun isə ustad dərəcəsi heç vaxt itməz. Onlar "Real"ın simvollarıdır. Bu klub üçün çox şey fəda ediblər və madridli azarkeşlər tərəfindən hələ də böyük hörmətlə qarşılanırlar".
Cari mövsümdə Mbappe bütün turnirlər daxil olmaqla çıxış etdiyi 7 matçda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.













