Tanınmış venesuelalı yarımmüdafiəçi Tomas Rinkon 38 yaşında karyerasını başa vurmaq qərarına gəlib.

Matc.az xəbər verir ki, bu barədə "TuttoMercatoWeb" nəşri məlumat yayıb.

Yarımmüdafiəçinin karyerasındakı son klubu 2023-cü ildən bəri çıxış etdiyi Braziliyanın "Santos" komandası olub. Rinkon daha çox 2014–2023-cü illərdə İtaliya A Seriyasında "Cenoa", "Yuventus", "Torino" və "Sampdoriya"dakı oyunları ilə tanınır. O, 2017-ci ildə "Yuventus"la İtaliya çempionatının və kubokunun qalibi olub.

Təcrübəli futbolçu həmçinin "Marakaybo", "Samora", "Deportivo Taçira" və Almaniyanın "Hamburq" klublarının da şərəfini qoruyub.

2008–2025-ci illər aralığında Rinkon Venesuela millisinin heyətində 143 matça çıxıb və 1 qol vurub. O, keçirdiyi oyunların sayına görə öz milli komandasının rekordçusudur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest