"...oyunun fasiləsində baş məşqi Tarıverdiyevi çox pis tənqid edib. Qapıçı Səlahət Ağayevin heç nədən penaltiyə səbəbkar olub, komandanı pis vəziyyətdə qoyması Bordinə bu imkanı verib. Etibar da stressini qarışıqlıq düşən zaman Abbasova yumruq atmaqla çıxarıb"

"Neftçi" Etibar Tarıverdiyevlə vidalaşa bilər. Bakılıların qapıçılar üzrə məşqçisi klubda etimadı itirib. Xəbərə klubdan reaksiya öyrənə bilməmişik. Yəqin ki, təkzib edəcəklər, həqiqəti isə bir müddət sonra biləcəyik. "Neftçi"ylə bağlı son aylarda çıxan bütün xəbərlər klub tərəfindən təkzib olunub, sonradan isə şaiyələrin reallıq olduğu aydınlaşıb. Monrozdan Geryeyə kimi bütün transferlər belə baş tutub – son dəqiqəyə kimi təkzib, amma reallıq.

Məsələ ondadı ki, Tarıverdiyevin işini baş məşqçi Roberto Bordin bəyənmir. O, xeyli vaxtdı rəhbərliyə bu barədə bildirib. İtaliyalı Etibarın işini bəyənmədiyini, onun əvəzinə həmyerlisini gətirmək istədiyini dilə gətirib. Amma klub başbilənləri hər nə qədər yüksək səviyyəli məşqçi olmasa da, yerli kadrı işsiz qoymaq istəmir.

Premyer Liqanın son turunda, "Neftçi" – "Sumqayıt" oyununda başverənlər təsadüf deyilmiş. Rəqibin baş məşqçisi Ayxan Abbasovu vuracaq qədər irəli gedən Etibar Bordinin onu göndərmək istəyindən xəbərdardı və əsəbinin dozası bu səbəbdən artıbmış. Azmış kimi, oyunun fasiləsində baş məşqi Tarıverdiyevi çox pis tənqid edib. Qapıçı Səlahət Ağayevin heç nədən penaltiyə səbəbkar olub, komandanı pis vəziyyətdə qoyması Bordinə bu imkanı verib. Etibar da stressini qarışıqlıq düşən zaman Abbasova yumruq atmaqla çıxarıb.

Bununla belə, 20 oyunluq cəza alan Etibarın "Neftçi"də qalmaq şansı çox azdı. Baş məşqçi onu istəmir, son oyundan sonra rəhbərliyin də beynində suallar yaranıb. futbolinfo.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest