"Oyun Macarıstanla Budapeştdəki qarşılaşmaya bənzədi. Sadəcə, bu dəfə məğlub olmadıq. Bu iki görüşdən 4 xal toplamaq pis olmazdı. Ancaq bu qədərini gözləmirdik. Xüsusən də, Slovakiyaya qarşı gözəl oyundan sonra".

"Oyuna yaxşı başladıq. İlk dəqiqələrdən sürətli çıxış etdik və hesabı da açdıq". Matc.az saytının məlumatına görə, bunu Xorvatiya yığmasının müdafiəçisi Borna Barişiç deyib.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin qonağı olan xorvatlar "Bakcell Arena"nı 1:1 hesablı heç-heçə ilə tərk edib.

Qarşılaşmadan sonra ölkəsinin mətbuatına danışan Barişiç bərabərliyi öz günahları hesab edib: "Təəssüf ki, birinci hissədə bir neçə qol şansını əldən verdik. Ancaq getdikcə oyunumuzu itirdik. Azərbaycan millisi isə əksinə, daha yaxşı oynamağa başladı. Bu da bizim səhvimiz idi. Nəticədə rəqib qol vurdu və 1 xalla kifayətlənməli olduq".

Barişiç dünənki görüşü Macarıstana uduzduqları matçla müqayisə edib: "Oyun Macarıstanla Budapeştdəki qarşılaşmaya bənzədi. Sadəcə, bu dəfə məğlub olmadıq. Bu iki görüşdən 4 xal toplamaq pis olmazdı. Ancaq bu qədərini gözləmirdik. Xüsusən də, Slovakiyaya qarşı gözəl oyundan sonra. Təbii ki, nəticədən razı qala bilmərik. Lakin indi heç nəyi dəyişə bilmərik. Macarıstanla növbəti görüş barədə düşünməliyik".

Sol cinah müdafiəçisi ikinci hissəni zəif keçirdiklərini etiraf edib: "Fasilədə danışdıq ki, tempi artırmalı, daha aqressiv oynamalı və ikinci qolu vuraraq rahatlamalıyıq. Ancaq qol ev sahiblərindən gəldi. Bundan sonra komandada əsəbilik yarandı. Bu üzdən meydanda yaxşı görünmürdük. Qol imkanı yaratsaq da, düzgün yararlana bilmədik. 3 xal qazanılmalı oyun idi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest