Sabah Topaz Premyer Liqasında I dövrənin son turunun oyunları keçiriləcək. Matç.az saytı xəbər verir ki, VII turun qarşılaşması eyni gündə baş tutacaq.

Bu gün Avropa Liqasında "Arsenal"la üz-üzə gələcək "Qarabağ"ın "Keşlə" ilə çempionatdakı matçı təxirə salındığı üçün azarkeşlər üç matç izləyə biləcək. Tura "Dalğa Arena"da start veriləcək. Mövsümə uğursuz başlayan "Zirə" və "Qəbələ" paytaxtda görüşəcək.

Ardıcıl 5 məğlubiyyət alan və qələbə üzünə həsrət qalan bakılılar Samir Abasovun rəhbərliyi altında ilk xalını qazanmağa çalışacaq. Son sıradan qurtulmaq üçün mübarizə aparan zirəlilərin rəqibi də yaxşı durumda deyil. ötən mövsümün gümüş mükafatçısı 5 turdu qalib gəlmir. Sənan Qurbanovun yetirmələri cari mövsümdə səfər xalı da qazanmayıb.

Turun ikinci matçında çempionatın ortababları "Sumqayıt"la "Səbail" qarşılaşacaq. Avrokubokları hədəfləyən Nazim Süleymanovun yetirmələri ardıcıl 3-cü qələbəni qazanmaq, fasiləyə mümkün qədər yüksək pillədə yollanmağa köklənib. Son iki matçda xala həsrət qalan Aftandil Hacıyevin yetirmələri isə durumunu yaxşılaşdırmaq əzmindədi.

Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə öncəsi son matçda "Neftçi" və "Sabah" görüşəcək. Debütant liderlərə şərik olmaq üçün səfərdən 3 xalla dönməlidi. İki oyunluq qələbəsizliyə son qoymaq istəyən Elşad Əhmədovun yetirmələrinin işi asan olmayacaq. Son üç turda qələbələri sıralayan Roberto Bordinin yetirmələri qalib gəlmək üçün meydana çıxacaq. Baxmayaraq ki, liderliyi qorumaq üçün ölkənin ən titullu klubuna 1 xal da kifayətdi. 14 oyundu meydanı qolsuz tərk etməyən "ağ-qaralar" məğlubiyyətsizliyi 10 matça çatdırmağa çalışacaq.

 

Topaz Premyer Liqası

VII tur

05 oktyabr (cümə)

 

18:00. "Zirə" – "Qəbələ"

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Elşad Abdullayev, Səbuhi Bayramov

Hakim-inspektor: Xaqani Məmmədov

AFFA nümayəndəsi: Eldar Qasımov

"Dalğa Arena"

 

19:00. "Səbail" – "Sumqayıt"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Vüqar Həsənli

Hakim-inspektor: Əhmədağa Cabbarov

AFFA nümayəndəsi: Eldəniz Musayev

"Bayıl Arena"

 

20:15. "Neftçi" – "Sabah"

Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Akif Əmirəli, Nail Nağıyev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

"Bakcell Arena"

 

N:

Komandalar

O

Q

H

M

T/F

X

1

Neftçi

6

5

1

0

13-3

16

2

Qarabağ

6

5

1

0

13-4

16

3

Sumqayıt

6

3

1

2

8-6

10

4

Sabah

6

3

1

2

5-6

10

5

Səbail

6

2

1

3

5-10

7

6

Qəbələ

6

1

2

3

7-9

5

7

Keşlə

6

0

2

4

5-10

2

8

Zirə

6

0

1

5

5-13

1

 

Bombardir: Marko Deviç (Sabah) – 5.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest