PSJ Çempionlar Liqasının qrup mərhələsinin ilk oyunları çərçivəsində “Real”la qarşılaşacaq. Matc.az xəbər verir ki, Paris təmsilçisi sözügedən qarşılaşmaya ciddi itkilərlə çıxacaq.

PSJ-nin futbolçuları Neymar və Kilian Mbappe “Real”a qarşı oyunda forma geyinməyəcək. Mbappe də zədə səbəbindən bu qarşılaşmanı buraxacaq. Neymar isə ötən mövsüm Çempionlar Liqasında “Mançester Yunayted”lə oyunda (1:3) qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəzalanıb və bu səbəbdən də Madrid təmsilçisi ilə görüşdə olmayacaq.

Qeyd edək ki, sentyabrın 18-də keçiriləcək PSJ – “Real” matçı saat 23:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest