Bu gün futbol üzrə UEFA çempionlar Liqasında qrup mərhələsinə start verilib. Matc.az saytının məlumatına görə, ilk oyun günündə E, F, G və H qruplarında 8 qarşılaşma baş tutub.
 
Günün əsas diqqətçəkən qarşılaşmalarından biri "Napoli" ilə "Liverpul" arasında keçirilib. çL-in sonuncu qalibi Neapoldan məğlubiyyətlə qayıdıb.
 
Dortmund "Borussiya"sı ilə "Barselona" arasındakı oyuna da böyük maraq vardı. Amma günün yeganə qolsuz bitən qarşılaşmasında tərəflər hərəyə 1 xalla kifayətləniblər. 
 
"çelsi" isə öz meydanında "Valensiya" ilə münasibətlərinə aydınlıq gətirib. London klubu minimal hesabla məğlub olub. 

"İnter" də doğma meydanda "Slaviya"ya məğlubiyyətdən son anda qurtulub.
 
UEFA çempionlar Liqası
17 sentyabr
 
F qrupu
 
"İnter" (İtaliya) - "Slaviya" (çexiya) 1:1
Qol: Barelya, 90+2 - Olayinka, 64.
Baş hakim: Ruddi Buke (Fransa)
 
"Borussiya" (Dortmund, Almaniya) - "Barselona" (İspaniya) 0:0
Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)
 
G qrupu

"Lion" (Fransa) - "Zenit" (Rusiya) 1:1
Qol: Depay, 50-pen - S.Azmun, 41.
Baş hakim: Maykl Oliver (İngiltərə)
 
"Benfika" (Portuqaliya) - "Leypsiq" (Almaniya) 1:1
Qol: 
Seferoviç, 84 – Verner, 69; 79.
Baş hakim: Anastasios Sidiropulos (Yunanıstan)
 
E qrupu
 
"Zalsburq" (Avstriya) - "Genk" (Belçika) 6:2
Qol: 
Haland, 2; 34; 45. çan, 36. Soboslai, 45+2. Ulmer, 62 – Lukumi, 40. Samata, 52.
Baş hakim: Feliks Zvayer (Almaniya)
 
"Napoli" (İtaliya) - "Liverpul" (İngiltərə) 2:0
Qol: Mertens, 82. Lyorente, 90+2.
Baş hakim: Feliks Brix (Almaniya)
 
H qrupu
 
"Ayaks" (Hollandiya) - "Lill" (Fransa) 3:0
Qol: Promes, 18. Alvares, 50. Talyafiko, 62.
Baş hakim: Srdan Yovanoviç (Serbiya)
 
"çelsi" (İngiltərə) - "Valensiya" (İspaniya) 0:1
Qol: Rodriqo, 74.
Baş hakim: Cüneyt çakır (Türkiyə)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest