"Mançester Yunayted"in yarımmüdafiəçisi Nemanya Matiç İtaliyaya köçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, A seriyasının 3 klubu Serbiya millisinin üzvünün xidmətində maraqlıdı.

Belə ki, "Milan", "İnter" və "Yuventus" 31 yaşlı orta sahə oyunçusu uğrunda mübarizəyə qoşulub. İtalyanları həvəsləndirən məqam Matiçin "qırmızı şeytanlar"la müqavilə müddətinin gələn ilin yayına qədər olmasıdı Həm milanlılar, həm də Turin təmsilçisi yanvarda onunla ilkin müqavilə bağlamaq və mövsümün sonunda azad agent kimi heyətinə qatmaq niyyətindədi.

Həmçinin Dortmund "Borussiya"sı da uzun müddətdi Matiçin transferi üçün çalışır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest